Digər

Bakıda DÇ-yə start verildi: Türkiyə yığması heç-heçə ilə başladı

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatına start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə C qrupunda qərarlaşan Türkiyə milli komandası Macarıstanla üz-üzə gəlib.

Milli Gimnastika Arenasında təşkil olunan görüşdə qalib müəyyənləşməyib – 1:1.

Qrupun digər matçında Ukrayna və İngiltərə yığmaları qarşılaşacaq. Görüş saat 13:00-da başlayacaq.

Günün ilk oyunu B qrupunun Fransa və Çad seçmələri arasında təşkil olunub. Görüş fransalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan milli komandası bu gün Bəhreynlə üz-üzə gələcək. Matç saat 20:30-da start götürəcək.