Müharibədə daha bir idmançı öldü – FOTO
Müasir beşnövçülük üzrə Ukraynanın idman ustası İlya Kovalev müharibədə həlak olub.
Aut.az xəbər verir ki, idmanı Sumı vilayətində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Kovalev idman ustası titulunu 2021-ci ildə alıb. Onun məşqçiləri Aleksandr Vıqovski və Vadim Tişenko idi. Genişmiqyaslı işğaldan əvvəl 21 yaşlı Kovalev Ukrayna milli komandasının üzvü olub.

Aut.az
