Boks

Bu ölkəyə gəldi: Özünü ağır çəkinin kralı elan etdi

Ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri Polşaya gəlib.

Aut.az xəbər verir ki, o, özünü “ağır çəkinin kralı” adlandırıb.

Onun sözləri “Sportowefakty.wp.pl” siatt gətirib.

“Polşa  böyük ölkədir  və şadam ki, yenidən bura gələ bilmişəm. Sonuncu dəfə 18 il əvvəl burada olmuşam. Budəfəki məqsədim döyüşmək deyil. Ağır çəkili divizionun kralı kimi XTB-də iştirak edəcəyəm.

Mən təsir edənlərə ağır işin nə demək olduğunu göstərəcəyəm  –  həm boksda, həm də investisiyada. Sonra nə olacaq?  Zaman göstərəcək”, – Fyuri Varşava hava limanında jurnalistlərə deyib.

XTB investisiya şirkətidir. Bir neçə ay əvvəl Fyuri brendin səfiri oldu. XBT səfirləri arasında futbol əfsanələri İker Kasilyas və Zlatan İbrahimoviç də var.

Xatırladaq ki, yanvarın 13-də 36 yaşlı Fyuri peşəkar boksdan getdiyini açıqlamışdı.

Aut.az