Boks

Olimpiadanın qalmaqallı döyüşünün iştirakçısı karyerası ilə bağlı qərar verdi

Gender testindən keçə bilməyən Əlcəzair idmançısı İman Xelifə qarşı olimpiya turnirinin 1/8 finalında iştirakdan imtina edən italiyalı boksçu Angela Karini karyerası ilə bağlı mühüm qərar verib:

Aut.az xəbər verir ki, o, boksla vidalaşdığını bildirib.

“Özümdən soruşdum: kiminlə üz-üzəyəm? Amma qərar vermək məndən asılı deyil. Qarşımdakı insandan asılı olmayaraq, bütün özümü üzə çıxarmaq istəyirdim. Biz kimik ki, mühakimə edək? Nəyin doğru, nəyin yanlış olduğunu söyləyək? Biz idmançıyıq, biz hakim deyilik. Mən uduzmadım, sadəcə şüurlu şəkildə imtina etdim. Başımı dik tuturam və indi boksla vidalaşıram”.

Qeyd edək ki, cəmi 46 saniyə davam edən döyüşdən Karini imtina edib. Bundan sonra italyan idmançı göz yaşlarına boğulub.

Aut.az