Mövsümün tapıntısı qərarını verdi: Gedir, yoxsa qalır?
“Lion” klubunun vingeri Rayan Şerki mövsümün sonunda komandadan ayrılacaq.
Aut.az xəbər verir ki, bu barədə insayder jurnalist Fabritsio Romano məlumat yayıb.
“Aslanlar”ın akademiyasının yetirməsi olan 21 yaşlı futbolçu karyerasında növbəti addımı atmaq qərarına gəlib. Fransa U-21 millisinin üzvü olan Şerkinin klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Onun transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.
Şerkinin karyerasını hansı klubda davam etdirəcəyi hələlik bəlli deyil.
Cari mövsümdə o, “Lion”un heyətində bütün turnirlərdə 44 matçda iştirak edib, 12 qol vurub və 20 məhsuldar ötürmə ilə yadda qalıb. Rayan mövsümün nəticələrinə əsasən Liqa1-in simvolik komandasına seçilib.
Aut.az
