“İnter Mayami” çöküb – Messi müraciət etdi
“İnter Mayami”nin kapitanı Lionel Messi MLS-də uğursuz nəticələrdən sonra komanda yoldaşlarına müraciət edib.
Aut.az xəbər verir ki, 37 yaşlı argentinalının sözlərini ESPN sitat gətirib.
“Davam etməliyik. Çətin vaxtdır. Amma hamımız bir komanda olaraq birlikdə qalacağıq. Biz çətin günlər keçirən bir komandayıq, çünki qalib gələndə asan olur. Amma indi, çətin günlərdə biz həmişəkindən daha sız birləşməliyik, əsl komanda olmalıyıq və irəli getməliyik. Növbəti oyuna hazırlaşmalıyıq.”
Həqiqət budur ki, biz pis nəticələr dövrünü yaşayırıq, lakin işləməyə davam etməli və qarşıda nələr olduğunu düşünməliyik. Ayın sonuna hələ üç-dörd oyun qalıb və biz klublararası dünya çempionatında yaxşı çıxış etmək üçün onları mümkün qədər yaxşı başa vurmalıyıq”, – Messi bildirib.
Mayın 19-da “İnter” son 5 liqa matçında üçüncü məğlubiyyətini alıb, bu dəfə evdə “Orlando”ya uduzub (0:3).
Aut.az
