Topuriya İslamı təhqir etdi: Mən kişiyəm, sən isə…
Keçmiş UFC çempionu İliya Topuriya İslam Maxaçova cavab verib.
Aut.az xəbər verir ki, Topuriya Çarlz Oliveyraya qarşı yüngül çəkidə döyüş əldə edib və bundan sonra kəmərini təhvil verən Maxaçevi başqa diviziona qaçmaqda günahlandırıb. İslam ona belə cavab verib:
“Səninlə mənim aramdakı fərq ondadır ki, mən divizionumun zirvəsini təmizləyib növbəti birinə keçdim. Və sən yüngül çəkidə ardıcıl beş-doqquz qalibiyyət qazanan iki rəqibdən qaçdın. Sən yüngül çəkidə heç kimsən. Heç olmasa bir nəfərə qalib gəl, sonra söhbət edərik, oğlan”.
“Səninlə mənim aramdakı fərq ondadır ki, mən kişiyəm, sən isə qorxaqsan. Mən danışıram və döyüşürəm, sən isə danışıb gizlənirsən. Qaç və heç bir iz buraxma”, – ispan-gürcü döyüşçü cavab verib.
Topuriya rus dilində yazıb: “Sən kiçik uşaqsan”.
Aut.az
