Basketbol

Qazaxıstan klubu Birləşmiş Liqadan çəkildi

Qazaxıstanın “Astana” basketbol klubu növbəti mövsümdə VTB Birləşmiş Liqasında iştirakını dayandırdığını açıqlayıb.

Aut.az xəbər verir ki, komandanın mətbuat xidməti bu qərarın liqa rəhbərliyi ilə aparılan danışıqlar çərçivəsində verildiyini qeyd edib.

“Bu addımın səbəbi komandanın tərkibinə birbaşa təsir edən yeni şərtlərə və qanunvericilik dəyişikliklərinə uyğunlaşmaq üçün vaxtın olmamasıdır. Təəssüf ki, klub bu günə kimi lazımi səviyyədə olan əcnəbi oyunçuların cəlb olunmasını təmin edə bilmir”, – “Astana”nın açıqlamasında deyilir.

Qazaxıstan klubu bunun daxili transformasiya, maliyyə modelinə yenidən baxılması və turnirə qayıtmaq üçün dayanıqlı bazanın formalaşdırılması üçün zəruri müvəqqəti addım olduğunu vurğulayıb. “Astana” həmçinin əlavə edib ki, yaxın vaxtlarda Birləşmiş Liqaya qayıtmaqda maraqlıdırlar.

Aut.az