Avtomobili azarkeşlərin üstünə sürdü – VİDEO
“Espanyol” və “Barselona” arasında keçirilən İspaniya çempionatının 36-cı tur oyunu ərəfəsində avtomobil azarkeşlərin üstünə sürülüb.
Aut.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan videolarda görünür ki, fanatlarla əhatələnmiş ağ rəngli avtomobil qəfil sürət yığaraq qarşısındakı insanları vurur. Mənbənin məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar var, lakin onların ciddi zədə almadığı bildirilir.
Mediada yayılan xəbərlərə əsasən, azı beş nəfər xəsarət alıb.
Polis hadisə ilə bağlı ilkin olaraq sürücünün idarəetməni itirməsi versiyasını araşdırır.
