Bir gündə 12 raund: Tayson qayıdır? – FOTO
Ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri (34-2-1; 24 KO) karyerasını bitirdikdən sonra forması ilə təəccübləndirib.
Aut.az xəbər verir ki, boksçu bu barədə İnstaqramda paylaşım edib.
“Bu gün idman zalında əla iş – 12 raund boks”, – Fyuri yazıb.
Uikə ikinci məğlubiyyətindən sonra Tayson karyerasını bitirdiyini açıqlamışdı.
Qeyd edək ki, 2022-ci ilin aprelində Fyuri Dillian Uayt ilə döyüşdən sonra təqaüdə çıxdığını elan etsə də, sonradan peşəkar boksa qayıtdı.
Daha əvvəl bildirilmişdi ki, britaniyalı Aleksandr Usiklə üçüncü döyüşün mümkün qayıdışına eyham vurub.

Aut.az
