Dünya cempionatı

FİFA qadınların mundialından bu qədər gəlir gözləyir

FİFA prezidenti Canni İnfantino təşkilatın 2027-ci il Qadınların  Dünya Çempionatından əldə edəcəyi gəlirləri açıqlayıb.

Aut.az xəbər verir ki, İnfantinonun sözlərini ESPN sitat gətirib.

“Qadın futbolu və futbolda qadınlar mühüm amildir. Bu tendensiya çox yüksək sürətlə böyüyür.

Biz bu sahəni yenidən investisiya etmək üçün 1 milyard dollar gəlir gözləyirik”, – İnfantino bildirib.

Qeyd edək ki, qadınlar arasında növbəti dünya çempionatı Braziliyada keçiriləcək. Hazırkı qalib İspaniyadır.

Aut.az