Azərbaycan – Ukrayna matçının yeri və başlama vaxtı müəyyənləşdi
Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.
Aut az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Matç saat 20:00-da başlayacaq.
