Turun oyunlarını neçə azarkeş izlədi?
Azərbaycan Premyer Liqasında XXXIV turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Aut.az xəbər verir ki, ən yüksək göstərici Tovuzda qeydə alınıb. “Neftçi”nin “Turan Tovuz”u məğlub etdiyi matçda 4500 tamaşaçı tribunada olub.
Ən aşağı göstərici isə “Kəpəz” – “Sumqayıt” oyununda (1:0) olub – 400 tamaşaçı.
Premyer Liqada turun oyunlarını izləyən azarkeş sayları:
Sabah – Şamaxı 3:1 (701 tamaşaçı)
Səbail – Zirə 0:1 (700 tamaşaçı)
Turan Tovuz – Neftçi 1:2 (4500 tamaşaçı)
Kəpəz – Sumqayıt 1:0 (400 tamaşaçı)
Qarabağ – Araz-Naxçıvan 2:0 (1200 tamaşaçı)
Qeyd: Rəqəmlər Peşəkar Futbol Liqasının rəsmi oyun protokollarından götürülüb.
