İspaniya

“Barselona” “Real”ı xalsız yola saldı

İspaniya La Liqasında 35-ci tura yekun vurulub.

Aut.az xəbər verir ki, bu gün 4 oyun baş tutub.

“Betis” – “Osasuna” matçında qalib müəyyənləşməyib. “Atletik” evdə “Alaves”ə, “Leqanes” də “Espanyol”a qalib gəlib. Lider “Barselona” isə əsas izləyicisi “Real”la mərkəzi oyunda çətin qələbəyə sevinib.

Hazırda “Barselona” 82 xalla vahid liderdir. “Real” 75, “Atletiko” 70, “Atletik” 64, “Vilyarreal” 61, “Betis” 58, “Selta” 49 xal toplayıb.

İspaniya La Liqası
35-ci tur

9 may

Las Palmas – Rayo Valyekano 0:1
Qol: A.Qarsiya, 66.

10 may

Valensiya – Xetafe 3:0
Qollar: Pelelu, 8-pen. D.Lopes, 18. Duro, 37-pen.

Selta – Sevilya 3:2
Qollar: Moriba, 19. Minqesa, 65. B.İqlesias, 90+1 – Qudel, 45+8-pen. Salas, 90+8.

Jirona – Vilyarreal 0:1
Qol: Eyonq, 89.

Malyorka – Valyadolid 2:1
Qollar: Maskarell, 28. Darder, 49 – Çuki, 11.

Atletiko – Real Sosyedad 4:0
Qollar: Sörlot, 7; 10; 11; 30.

11 may

Leqanes – Espanyol 3:2
Qollar: Sisse, 33. Diomande, 41. Kumbulla, 63-öz qapısına – Kabrera, 79. Milya, 90+8.

Barselona – Real 4:3
Qollar: E.Qarsiya, 19. L.Yamal, 32. Rafinya, 34; 45 – Mbappe, 5-pen; 14; 70.

Atletik – Alaves 1:0
Qol: M.Sançes, 71-öz qapısına.

Betis – Osasuna 1:1
Qollar: K.Hernandes, 64 – Budimir, 75.