Türkiyə

Arda Turan hamilə jurnalisti belə təbrik etdi – VİDEO

“Barselona”nın və Türkiyə millisinin sabiq ulduz futbolçusu, hazırda “Eyüpspor”un baş məşqçisi Arda Turan insanlığı ilə də diqqətləri üzərinə çəkib.

Aut.az xəbər verir ki, oyunsonrası müsahibə zamanı o, xanım jurnalistə gül dəstəsi verib.

“Eşitdik ki, hamiləsiniz. Həyatda futboldan da vacib şeylər var” deyən Turan təbəssümlə hədiyyəni gələcək anaya uzadıb. Bu isti jest Türkiyədə Analar Günü fonunda baş verib. Ona görə də o videosu dərhal viral olub və pərəstişkarları Ardaya tərif yağdırıblar.

Qeyd edək ki, Arda Turanın Ukrayna “Şaxtyor”un keçəcəyi bildirilir.

Aut.az