Ərdoğanın yanında əli cibində gəzdi, tənqid olundu – Video
“Fənərbağça”nın prezidenti Ali Koç tənqid hədəfinə çevrilib.
Aut.az xəbər verir ki, buna səbəb iş adamının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yanında əli cibində gəzməsi olub. “Qalatasaray”a sponsor olan şirkətin sədri Uğur Vergili buna biganə qala bilməyib. O, əzəli rəqiblərinin rəhbərini ironiya ilə tənqid edib:
“Məlum klub ifadəsini demək istəmirəm. Digər komandaların əlləri cibindədir, amma harada duracaqlarını bilmirlər. Bizim prezidentin də əli cibindədir. Amma xərclərlə bağlı əli cibindədir”.
Qeyd edək ki, sözügedən hadisə sentyabrın 5-də, Ərdoğanın xəstəxana ziyarəti zamanı yaşanıb.
