Rusları bu yarışlara buraxdılar: Ukrayna etiraz etdi
Ukrayna Qılıncoynatma Federasiyası rusların komanda yarışlarına neytral statusda buraxılmasından sonra açıqlama yayıb.
Aut.az xəbər verir ki, bu barədə təşkilatın “Facebook” səhifəsində məlumat verilib.
“Xarici federasiyaların əksəriyyəti təəssüf ki, ya ruslarla yanaşı oynayır, ya da ən yaxşı halda prosesin kənarında qalır”, – Ukraynanın yaydığı bəyanatda bildirilir.
Bundan əvvəl Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) rusiyalı idmançıların komanda yarışlarında iştirakına icazə verib. Qılıncoynadanlar neytral statusda yarışacaq və FIE bayrağı altında çıxış edəcəklər.
Aut.az
