Dünya futbolu

Lopeteqi ekzotik yığmaya rəhbərlik edəcək

Qətər millisinin baş məşqçi postuna yeni təyinat reallaşıb.

Publika.az xəbər verir ki, ispaniyalı Xulen Lopeteqinin bu vəzifəyə təyin edilib. Bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.

58 yaşlı Lopeteqi ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Xulen Lopeteqi İspaniyanın “Real” və “Sevilya”, İngiltərənin “Vest Hem” və “Vulverhempton” klublarında, həmçinin İspaniya millisində baş məşqçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Qətər millisi FİFA-nın reytinq cədvəlində 55-ci pillədə qərarlaşıb.

Heybət