“Real”ın bu qərarı Ançelottinin planını pozdu
“Real”ın baş məşqçisi Karlo Ançelottinin Braziliya millisi ilə müqaviləsi planlaşdırılan tarixdə qüvvəyə minməyə bilər.
Aut.az “Relevo”ya istinadən xəbər verir ki, Madrid klubu dünya çempionatından əvvəl məşqçisini buraxmaqdan imtina edib.
Ançelottinin braziliyalılarla ilkin razılaşması, La Liqa bitdikdən sonra vəzifəsinə başlamasının və iyunun 4-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ekvadorla matçda debüt etməsini nəzərdə tuturdu. “Real” isə onun yerinə Santyaqo Solarini müvəqqəti baş məşqçi təyin etməli idi.
İndi məlum olub ki, İspaniya nəhəngi italyan mütəxəssisi iyunun 14-də başlayacaq klublararası dünya çempionatından əvvəl buraxmaqdan imtina edib. Braziliya isə ABŞ-dakı turnirin sonuna qədər gözləməyə hazır deyil. Buna görə də danışıqları davam etdirmək istəyir.
O da qeyd edilir ki, Ançelotti Braziliya Futbol Konfederasiyasının nümayəndələri ilə bütün məsələlərdə şifahi razılıq əldə edib.
Aut.az
