Hava limanında iki əfsanənin təsadüfi görüşü – VİDEO
WBC, WBO, WBA və IBO versiyaları üzrə ağır çəkidə boks üzrə dünya çempionu Aleksandr Usik hava limanında məşhur şəxslə görüşü haqda məlumat verib.
Aut.az xəbər verir ki, Usik bu barədə sosial şəbəkədə paylaşım edib. Usik İtaliyada hava limanında əfsanəvi isveçli sabiq futbolçu Zlatan İbrahimoviçlə təsadüfən qarşılaşıb.
Usyk İnstaqram səhifəsində Zlatanla səmimi ünsiyyətdə olduğunu göstərən foto və video paylaşıb.
Aut.az
