İspaniya

“Barselona” Levandovskinin yerinə görün kimi gətirmək istəyir

“Barselona” bu yay 37 yaşı tamam olacaq Robert Levandovski üçün əvəzləyici axtarışlarını davam etdirir.

Aut.az xəbər verir ki, “Barsa” diqqətlni “Atletiko”nun forvardı Yulian Alvarezə yönəldib. Bu barədə “Marca” məlumat yayıb.

Klub forvardın İspaniya çempionatına uyğunlaşmasından məmnundur və ona müqavilə təklif etməyə hazırdır. “Barselona” rəhbərliyi Alvaresi komandanın gələcək layihəsində əsas fiqur kimi görür.

Xatırladaq ki, Alvares yalnız 2024-cü ilin yayında “Mançester Siti”dən “Atletiko”ya keçib. Bu müddət ərzində 50 matçda 27 qol vurub və 5 məhsuldar ötürmə verib.

Aut.az