İspaniya

Tebas “Real”ı və Peresi tənqid etdi: Bu, futbol deyil

La Liqanın rəhbəri Xavyer Tebas “Real”ı və prezidenti Florentino Peresi tənqid edib.

Aut.az xəbər verir ki, o, İspaniya kubokunun həlledici matçına Rikardo De Burqos Benqoeçenin baş hakim təyin olunmasına görə boykot etmək istəyən Madrid klubuna cavab verib:

“Bu, futbol deyil, hökumət idarəçiliyidir. O, Tebası sevmir, çünki istədiyini etmir. O, televiziya şərhçilərini bəyənmir, çünki onlar onun istədiyini demirlər. Məhkəmə islahatlarında irəliləyiş istəmirlər, çünki onun istədiyi bu deyil. İndi də hakimlərin açıqlamalarından sonra “Real” klub televiziyasının davamlı təndqilərindən yorulub. O, nəyə etiraz edə bilər? Şikayət etmir, təhdid edir, futbolunu inkişaf etdirmək istəmir, ən ciddisi odur ki, çoxları buna imkan verir, onunla razılaşır və ona kömək edir”, – deyə Tebas sosial şəbəkələrdə yazıb.

Qeyd edək ki, “Real”ın “Barselona” ilə final matçı bu gücə keçirləcək.

Aut.az