İngiltərə

Sunnes Ronaldo haqda: “Yunayted” onu dinləməməklə…

“Liverpul”un sabiq baş məşqçisi Qrem Souness hesab edir ki, “Mançester Yunayted” Kriştiano Ronaldonu dinləməməkdə səhv edib.

Aut.az xəbər verir ki, Sunnes bu barədə İngiltərə mətbuatına danışıb.

“Kriştiano “Old Trafford”a qayıdanda “Yunayted”in oyunçuları üçün mükəmməl nümunə idi. O, mükəmməl peşəkar idi və özündən və ətrafındakılardan ən yüksək standartları tələb edirdi.

Amma qayıdanda gördüklərindən məyus oldu. O, insanların öz peşələrinə kifayət qədər əhəmiyyət vermələrinə şübhə edirdi. Son on il ərzində, Ser Aleks Ferqyuson getdikdən sonra “Yunayted” komandanı irəli apara biləcək təcrübəli mütəxəssislərdən məhrum idi.

Məncə, Ronaldo ona görə getdi ki, “Old Trafford”a gələn oyunçularla bağlı ona verilən vədlər yerinə yetirilmədi. Mən top qovan ən böyük oyunçulardan biri haqqında danışıram. “Old Trafford”da qərar verənlərin ona qulaq asmaması dəlilik idi.

Düşünürəm ki, Kriştianonun eqosu onu düşünməyə vadar edib ki, klubda yüksək səviyyəli adamlar onu dinləyəcək. Ancaq heç kim bunu etmədi”, – Sunnes deyib.

Aut.az