Səs-küylü gecə təşkil etdi, cəzalandı: Səhər saat 7-də…
“Yuventus”dan icarəyə götürülən Tyaqo Calo “Portu”nun heyətindən kənarlaşdırılıb.
Aut.az xəbər verir ki, buna səbəb onun səs-küylü gecə təşkil etməsi olub. Canluka Di Martsio yazır ki, futbolçu cəza olaraq səhər yeddidə tək məşq edib.
Tyaqo klubun daxili qaydalarını pozub. Ona görə də, “Portu” iyunun 30-da başa çatacaq icarə müddətini daha erkən bitirmək istəyir.
Calo keçən yay “Yuventus”dan icarə əsasında “Portu”ya keçib. Portuqaliyalı mərkəz müdafiəçisi bu mövsüm 17 oyuna çıxıb, 2 qol vurub.
O, 2024-cü ilin yanvar transfer pəncərəsində “Lill”dən 5 milyon avroya “Yuventus”a keçsə də, Turin klubunda cəmi bir oyun keçirib. Onun İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.
Aut.az
