İspaniya

Ançelotti Ardanı təriflədi: Bəs niyə az şans verir?

Karlo Ançelotti Arda Gülərin çıxışından danışıb.

“Real Madrid” La Liqanın 33-cü turunda “Xetafe”yə qalib gəlib (1:0). Qələbə qolunu 21-ci dəqiqədə Gülər ​​vurub.

– Gülərin bu mövsüm daha çox oynaması üçün nə çatışmır?

– Sistemə görə. 4-4-2 oynasaq, o, dayaq zonasında ola bilməz, ona görə də oynaya biləcəyi yeganə yer sağ cinahdır.

Amma 4-4-3 sistemi ilə oynasaq, o, insayder kimi çox yaxşı ola bilər.

Gülər çox işləyir. Fiziki mübarizədə gücü çatışmır. Ancaq onun bir çox başqa keyfiyyətləri var. Mən bunu hətta qola görə deyil, oyun tərzinə görə deyirəm.

O, çılğınlıq göstərə bilər, amma gələcəkdə müdafiəyə meyilli yarımmüdafiəçi kimi oynaya bilər. 4-4-2 yox, 4-4-3 sxemində. Onun keyfiyyətləri və oyun qurmaq bacarığı fenomenaldır”, – Ançelotti deyib.

Aut.az