Oğlunun FOTOSUNU ilk dəfə paylaşdı
“Bayern”in qapıçısı Manuel Noyer ötən il martın 14-də doğulan oğlu Luka ilə ilk fotosunu paylaşıb.
Aut.az xəbər verir ki, o və həyat yoldaşı Annika Regensburq indiyədək sosial şəbəkədə uşaqla bağlı paylaşım etməyib. Əfsanəvi qolkiper paylaşıma “Pasxa dovşanının axtarışında” şərhini yazıb.
Annika 38 yaşlı futbolçunun ikinci həyat yoldaşıdır və ondan 15 yaş kiçikdir. Hamiləliyindən əvvəl Annika həndbolçu olub. Onlar Noyerin Almaniya millisi çempion olduğu 2014-cü il Dünya kubokundan sonra tanış olub.
Ona qədər Noyer Nina adlı qadın ilə 3 il evli olub.
