İspaniya

“Barselona” Flikin gələcəyi ilə bağlı qərar verdi

“Barselona” rəhbərliyi komandanın baş məşqçisi Hans-Diter Fliklə müqaviləni uzatmağa hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb. Kataloniya klubunun rəhbərliyi məşqçinin işindən tam razıdır. Ona görə də almaniyalı mütəxəssisə yeni müqavilə təklif etməyə hazırdırlar.

Mənbənin sözlərinə görə, yeni sözləşmənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Flikin başçılıq etdiyi kataloniyalılar La Liqa turnir cədvəlinə başçılıq edir. Eyni zamanda “Barsa” Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlib və növbəti həftə İspaniya kubokunun finalında “Real”la qarşılaşacaq.

Aut.az