Bu iki ölkə Belarusu Avropa çempionatına buraxmaq istəmir
Litva və Latviya Belarusun futzal üzrə Avropa çempionatının final hissəsində iştirakının əleyhinədir.
Futzal üzrə Avro-2026 2026-cı il yanvarın 18-dən fevralın 8-dək Riqa və Kaunasda keçiriləcək. Belarus komandası qrupda birinci yerdən turnirin finalına yüksəlib.
Aut.az xəbər verir ki, bu barədə LFF rəhbəri Edqars Stankeviçyus bildirib.
“Litva Futbol Federasiyası Latviya və Ukrayna Futbol Federasiyaları ilə birlikdə futzal üzrə Avropa çempionatında Belarus idmançılarının iştirakı ilə bağlı vəziyyətlə fəal şəkildə məşğul olur.
Bu ölkədən idmançıların Litva ərazisinə girişini qadağan edən qanunla bağlı dövlət dəstəyinə ehtiyac olduğu üçün Litva tərəfi hazırda ölkəmizin qurumları ilə danışıqlar aparır.
UEFA ilə də danışıqlar aparılır. Lazımi cavablar alınan kimi Litva, Latviya və Ukrayna federasiyaları öz qərarlarını açıqlayacaqlar, bu, çox çətin olacaq”, – deyə Stankeviçyus bildirib.
Latviya Futbol Federasiyasının rəhbəri Vadim Lyaşenko da vəziyyətlə bağlı danışıb.
“Bu həftənin sonu və ya gələn həftənin əvvəlində hər şeyin necə olacağı ilə bağlı dəqiq qərarımız olacaq. Hazırda çoxlu qeyri-müəyyənliklər var. Bilirik ki, Belarusun da iştirak edəcəyi Latviyada matç təşkil edə bilməyəcəyik.
Biz bunu nə hüquqi, nə də etik baxımdan edə bilmərik. UEFA dəqiq mövqe bildirəndə ictimaiyyəti mütləq məlumatlandıracağıq”, – Lyaşenko qeyd edib.
Aut.az
