Məğlubiyyət məntiqli idi: Kimmix səbəbini də göstərdi
Coşua Kimmix “Bavariya”nın Çempionlar Liqasında mübarizəni dayandırmasını məntiqli adlandırıb.
Münhenlilər Çempionlar Liqasının 1/4 finalında “İnter” ə uduzub (1:2, 2:2).
“Həddindən artıq çox məğlubiyyətlər. Müəyyən bir nöqtədə bu, baş verməli idi. Düzünü desəm, bu qədər məğlubiyyətə baxmayaraq, bu qədər irəlilədiksə, deməli, bəxtimiz gətirdi.
Xüsusilə böyük oyunlarda daha səmərəli olmalıyıq”, – “Bavariya”nın yarımmüdafiəçisi deyib.
Aut.az
