İspaniya

Ançelotti qovulsa, “Real” müvəqqəti olaraq ona tapşırılacaq

“Real”ın keçmiş yarımmüdafiəçisi Santyaqo Solari Karlo Ançelotti istefaya göndəriləcəyi halda klubun müvəqqəti baş məşqçisi ola bilər.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Madrid klubunun direktoru 2018-ci ildə belə bir imkanı qazanıb. Solari həmin vaxt qovulan Julen Lopeteqini əvəzləyib.

Bu dəyişiklik Ançelotti Klublararası Dünya Çempionatına qədər qovulacağı halda mümkün olacaq. Belə olan halda “Real” Solari ilə turnirə gedəcək. Bundan sonra klub yeni məşqçi axtarışına çıxacaq.

Qeyd edək ki, “Real” Çempionlar Liqasında “Arsenal”a ümumi hesabda (1:5) uduzaraq, turnirdə mübarizəni dayandırıb. Bundan sonra Ançelottinin qovulacağı barədə informasiyalar yayılmağa başlayıb.

Aut.az