“Mançester Yunayted” “Qarabağ”ın qənimini transfer etmək istəyir
“Bayer Leverkuzen”in hücumçusu Patrik Şik karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Patrik Berqer məlumat yayıb.
Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar” daha gənc forvardla müqavilə imzalamağa üstünlük verir. Lakin 29 yaşlı çexiyalı da klubun transfer siyahısındadır. Futbolçunun özü də Premyer Liqaya keçidi prioritet hesab edir.
“Bayer”in Şikin transferi üçün təxminən 25-30 milyon avro istəməsi gözlənilir.
Qeyd edək ki, Patrik 2020-ci ildən Leverkuzen təmsilçisində çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 40 oyun keçirib, 23 qol vurub və bir məhsuldar ötürmə edib.
O, 2023/24 mövsümündə Avropa Liqasının 1/8 final mərhələsində baş tutan “Qarabağ”la hər iki görüşün son dəqiqələrində vurduğu qollarla təmsilçimizin sensassiyaya imza atmasına imkan verməmişdi.
Aut.az
