Voleybol

Altı aylıq hamilədir, amma oyunlardan qalmır – VİDEO

“Fluminense”də çıxış edən braziliyalı voleybolçu Pri Heldes 6 aylıq hamilə ikən Superliqada “Voley Bauru” ilə oyun üçün meydana çıxıb.

Aut.az xəbər verir ki, gözə çarpan qarnı olan idmançının foto və videoları sosial şəbəkələrdə əsl partlayışa səbəb olub.

Heldes sadəcə pley-off matçında komandasına kömək etmək istəyib. “Fluminense” isə bu qarşılaşmada 1:3 hesabı ilə uduzub. Lakin komandanın uduzması Prunin hekayəsi fonunda geridə qalıb.

Hamiləliyin ilk günündən o, idmançılarla işləmək təcrübəsi olan mütəxəssislərə müraciət edib. Bütün tibbi tövsiyələri nəzərə alaraq, xüsusi təhlükəsizlik tədbirlərinə riayət edərək oynamağa davam edib. Bunlara rəqiblərin qarşısını almaq, gücü məhdudlaşdırmaq və sahədə toqquşma riskini azaltmaq da daxildir.

Klubda hər kəs 33 yaşlı voleybolçunun qərarını dəstəkləyib. Həmkarlar əsl qoruyucu maneəyə çevriliblər. O, heç vaxt bu elə münasibəti istəmədiyini bildirib. Prinin sözlərinə görə, qorxu yarananda belə dayanmamaq üçün ona güc verən bu məqamdır.

Tənqidlərə baxmayaraq, idmançı onun hekayəsinin qeyri-adi bir şey olmadığına inanır. Onun fikrincə, dünyada milyonlarla qadın hamiləlik dövründə işləməyə davam edir və idman da istisna deyil.

Aut.az