MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında voleybol yarışları davam edib.
Aut.az xəbər verir ki, yarımfinalda Azərbaycanın qızlardan ibarət millisi Belarusa 2:3 hesabı ilə uduzub.
Bürünc medal uğrunda qarşılaşmada komandamızın rəqibi Rusiya – Özbəkistan cütünün uduzan tərəfi olacaq.
Qeyd edək ki, voleybol yarışlarına oktyabrın 6-da yekun vurulacaq.
