İngiltərə

“Siti”nin Gündoğanla bağlı qərarı: Qvardiola açıqladı

Pep Qvardiola İlkay Gündoğanın “Mançester Siti” ilə müqaviləsini uzatdığını təsdiqləyib.

Aut.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2026-cı ilin yayına qədər qüvvədə olacaq.

“Mançester Siti”nin baş məşqçisi “Gündoğanın daha bir il müqaviləsi var. Yayda nə olacağını bilmirəm, amma indi onun daha bir illik müqaviləsi var” deyib.

Premyer Liqanın cari mövsümündə Gündoğan 28 matçda 4 məhsuldar ötürmə edib.

Aut.az