Almaniya

Noyeri əvəz edən qapıçı antirekordla tarixə düşdü

“Bavariya”nın qapıçısı Yonas Urbiq Almaniya çempionatının 29-cu turunda Dortmund “Borussiya”sı ilə matçda (2:2) klub antirekordu müəyyənləşdirib.

Aut.az “Goal”a istinadən xəbər verir ki, 21 yaşlı alman “Bavariya” tarixində Münhen komandasının heyətində Bundesliqada debüt etdiyi 5 matçın hər birində (“Bohum”- 2:3, “Union” – 1:1, “Sankt-Paulu” – 3:2, “Auqsburq” – 3:1 və “Borussiya D” – 2:2) qol buraxan ilk qapıçı olub.

Urbiq, əzələ zədəsi ilə sıradan çıxmış Manuel Noyerin yoxluğunda “Bavariya”nın əsas seçimi olub.

Aut.az