Atletika

Dünya çempionunun evinə raket düşdü: Yerindəcə öldü

2011-ci il Dünya Çempionatının 800 metr məsafəyə qaçış yarışında gümüş medal qazanan Abubaker Kaki Sudanda artilleriya hücumu nəticəsində həlak olub.

Aut.az xəbər verir ki, bu barədə “Sudafax” portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, Kaki El Faşerdəki evinin artilleriyadan atəşə tutulması nəticəsində ölüb. Kakinin evinə minaatan mərmisi düşüb, o, yerindəcə ölüb, bir neçə ailə üzvü yaralanıb.

İdmançının 35 yaşı var idi.

Sudanlı idmançı iki dəfə (2008, 2010) qapalı məkanda keçirilən dünya çempionatının qalibi olub, 2008-ci ildə isə 18 yaşında turnirin ən gənc qalibi olub.

Kaki 2008-ci il Olimpiadasının açılış mərasimində Sudan komandasının bayraqdarı olub.

Aut.az