Dünya futbolu

Rahil Məmmədov və Renat Dadaşov oynadı?

Polşa Ekstraklasasında XXVIII turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Rahil Məmmədov və Renat Dadaşovun çıxış etdiyi “Radomiak” səfərdə “Rakuv”la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə sona çatıb.

Rahil bu oyunun iştirak ərizəsində yer almayıb, Renat isə matça start heyətidə başlayıb və 76-cı dəqiqədə Pedro Perotti ilə əvəzlənib. Dadaşov görüşün 45+1-ci dəqiqəsində sarı vərəqəylə cəzalandırılıb. O, həmçinin komandasının yeganə qolunun müəllifi olan Rafael Volskiyə məhsuldar ötürmə ilə yadda qalıb.

Aktivində 34 xalı olan “Radomiak” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.