İngiltərə

Mourinyo həmin komanda haqda: Bizə əhəmiyyət vermirdilər

Joze Mourinyo 2005-ci ildə “Çelsi” ilə “məğlubedilməzlər” ləqəbi almış “Arsenal”ı müqayisə etməyə ehtiyac olmadığını düşünür.

Aut.az xəbər verir ki, hazırda “Fənərbağça”ya rəhbərlik edən Mourinyo bu haqda “Telegraph Sport”a danışıb.

Portuqaliyalının rəhbərliyi altında “Çelsi” 2004/05 mövsümündə cəmi bir matçda uduzaraq 95 xalla İngiltərə çempionu olub. 2003/04 mövsümündə “Arsenal” Premyer Liqada heç bir oyunda uduzmadı, buna görə komanda “Yenilməzlər” adlandırıldı.

“Arsenal”, “Mançester Yunayted” və “Mançester Siti”dəki insanlar həmin mövsüm “Çelsi”yə əhəmiyyət vermirdilər. Necə ki, biz də “Yenilməzlər”ə və ya onların etdiklərinə əhəmiyyət vermirdik.

Əsas odur ki, bizim bu haqda məlumatımız var. Nə etdiyimizi və öz aramızda nə paylaşdığımızı bilirdik”, – Mourinyo deyib.

Aut.az