İngiltərə

UFC döyüşçüsü Trent haqda: İlandır, haradan gəldiyini unutdu

İngiltərəli UFC döyüşçüsü Peddi Pimblett futbolçu Trent Aleksander-Arnoldun “Liverpul”dan “Real”a transferi ilə bağlı fikirlərini bildirib.

26 yaşlı müdafiəçinin yayda azad agent kimi Madrid klubuna keçəcəyi gözlənilir.

Aut.az xəbər verir ki, Pimblett bu barədə “Sky Sports”a danışıb:

“O, ilandır, haradan gəldiyini və Qərbi Liverpuldan olan bir oğlan olmağın nə demək olduğunu unutdu. Mən şəhərim və uşaqlıqdan bəri dəstəklədiyim komanda üçün titullar qazanmaq üçün hər şeyi verərdim.

O, “Liverpul”un əfsanəsi ola bilərdi. O, kapitan olmaq istədiyini deyirdi – bütün bu müddət ərzində yalan danışırdı? Köklərini unutdu. Karyerasının nəticələrinə əsasən onun şərəfinə heykəl qoyula bilərdi. İndi isə unudulacaq”.

Alexander-Arnold “Liverpul”da 349 oyun keçirib, 22 qol vurub və 87 məhsuldar ötürmə edib.

Aut.az