“Siti”nin yay transfer planı: 45 futbolçu olmayacaq
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yay transfer planları ilə bağlı danışıb.
“Nə olacağını bilmirəm. Təbii ki, klub işləyir, amma siyahıda 45 futbolçumuz olmayacaq. Bu, komandada emosional səviyyədə qeyri-sabit mühit yaradır.
Kevin istisna olmaqla, bütün digər müqavilələrə baxmalıyıq. Biz sona qədər izləyəcəyik ki, futbolçular necə davranacaqlar və nə edəcəklərinə qərar versinlər”, – Qvardiola mətbuat konfransında deyib.
Qış transfer pəncərəsi zamanı “Siti” beş futbolçu alıb: hücumçu Ömər Marmu., yarımmüdafiəçi Niko Qonzales, müdafiəçilər Abdukodir Xusanov, Vitor Reys və Cuma Ba.
Aut.az
