İngiltərə

“Çelsi”dəki dava-dalaşlardan danışdı: Şeva onu nokauta göndərdi

“Çelsi”nin sabiq futbolçusu Con Obi Mikel komandada futbolçular arasında baş verən dava-dalaşlardan danışıb.

Aut.az xəbər verir ki, Mikel Andrey Şevçenkonun Tal Ben Haimi necə nokaut etdiyini xatırlayıb.

“Məşq zamanı əsl döyüşlər olurdu. Ballakın Salomon Kalu ilə döyüşdüyü vaxtı xatırlayıram. Salomon çox sakit və gözəl oğlan idi, amma görünür, Maykl ona nəsə etdi və o, dəli oldu.

Nə baş verdiyini dəqiq bilmirik, amma Ballak Salomonu əsəbləşdirəcək nəsə etmişdi. Əsl döyüş başladı. Onları ayırıb bir-birindən uzaqlaşdırmaq lazım idi.

Çoxlu davalar olub. Tal Ben Haim və Andrey Şevçenkonun iştirakı ilə birini xatırlayıram. Ben Haim əsl nokauta düşdü.

Şevçenko heç vaxt heç nə deməyənlərdən idi. Ondan bir kəlmə də eşitmirdik. Həmin dava isə onun döyüş ruhunu göstərirdi”, – “Çelsi”nin sabiq yarımmüdafiəçisi “High Performance Podcast”da deyib.

Aut.az