Avropa nəhəngləri onu hədəfə aldı
“Marsel”in braziliyalı vingeri Luis Henrike gələn yay klubunu dəyişməyə yaxındır.
Aut.az xəbər verir ki, onun “elçilər”I arasında “Nyukasl”, “Bayer Leverkuzen”, “Nottingem Forest”, “Bavariya” və “İnter” var. Bu barədə “Foot Mercato” məlumat yayıb.
Luis Enrike bu mövsüm “Marsel”in heyətində bütün turnirlərdə 30 oyun keçirib. Braziliyalı cinah oyunçusunun 9 qol və 7 məhsuldar ötürməsi var.
Xatırladaq ki, Luis Enrike 2020-ci ilin sentyabrından “Marsel”ə məxsusdur. Futbolçu 8 milyon avroya braziliyalı “Botafoqo”dan Fransa klubuna keçib.
Aut.az
