Dünya futbolu

Messi qələbə qolunu onlarla qeyd etdi: Hər kəs heyran oldu – VİDEO

KONKAKAF Çempionlar Liqasının 1/4 finalında “İnter Mayami”nin “Los Anceles”i iki oyunun cəmində üstələyərək (3:1, 0:1) növbəti mərhələyə vəsiqə qazandığı barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, “Çeys” stadionunda baş tutan görüşün əsas qəhrəmanı Florida komandasının ulduzu Lionel Messi olub. O, bu oyunda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Argentinalı superulduz  84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək görüşdə son nöqtəni qoyub. Bu qol zamanı Leonun sevinci diqqətdən yayınmayıb.

Messi komandasını yarımfinala daşıyan qolu uşaqları və onların dostları ilə birlikdə qeyd edib. Bu da azarkeşlərin heyranlığına səbəb olub.

Aut.az