Konfrans Liqası: “Çelsi” Polşa səfərində
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Aut.az xəbər verir ki, oyunlar bir gün ərzində baş tutacaq.
İlk matçda turnirin aşkar favoriti hesab ediən “Çelsi” Polşada “Legiya”nın qonağı olacaq. Bu görüşn start fiti saat 20:45-də veriləcək.
“Zadəganlar”ın Konfrans Liqasındakı əsas rəqibi hesab edilən “Betis” Polşanın başqa bir təmsilçsi “Yaqelloniya”nı qəbul edəcək. “Fiorentina” isə “Selye”nin qonağı olacaq, Digər qarşılaşmada İsveçin “Yorqorden” və Avstriyanın “Rapid” komandaları üz-üz gələcək. Bu 3 görüş saat 23:00-da başlayacaq.
Qeyd edək ki, cavab görüşləri 1 həftə sonra – aprelin 17-də baş tutacaq.
