Dünya futbolu

Orada “dirildi” – PSJ yenidən maraqlanmağa başladı

PSJ “Aston Villa”da icarə əsasında çıxış edən ” Mançester Yunayted”in 27 yaşlı vingeri Markus Reşfordla növbəti dəfə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Mənbənin məlumatına görə, fransız nəhəngi ingilis futbolçu ilə müqavilə bağlamaq variantını ötən qış nəzərdən keçirsə də, Xviça Kvaratsxeliyanın namizədliyi ilə kifayətləniblər. Buna baxmayaraq, Paris klubunun baş məşqçisi Luis Enrike komandasını gücləndirə biləcək daha bir iti cinah oyunçusunun olmasını istəyir.

Reşford bu mövsüm bütün turnirlərdə 36 oyuna çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Aut.az