Haaland yoxdur, diqqət ona yönəlib: Təzyiq hiss edir?
“Mançester Siti”nin hücumçusu Omar Marmuş “şəhərlilər”in əsas hücumçusu Erlinq Haalandın mövsümün qalan hissəsində oynamayacağı bildiriləndən sonra qol vurmaq üçün təzyiq altında olub-olmadığını cavablandırıb.
“Bəli, təzyiq var. Hücumçu kimi həmişə qol vurmaq üçün təzyiq altında olursunuz. Buna görə buradayam, buna görə də “Mançester Siti”yə dəvət aldım. Bu, mənim işimdir.
Təbii ki, Haalandın yoxluğu bizim üçün çox böyük itkidir. Səviyyəli oyunçunun böyük təsiri var, amma biz meydanda bir komanda kimi çıxış etməyə və bir-birimizə kömək etməyə çalışırıq.
Günün sonunda, mən qol vuranda və ya başqası qol vuranda, komanda qalib gəlir, üç xal alır. Bu, bizim üçün ən vacib şeydir”, – deyə “Sky Sports” Marmuşdan sitat gətirib.
Aut.az
