Almaniya

Noyerin son durumu açıqlandı

“Bavariya”nın qapıçısı Manuel Noyer topla məşqləri bərpa edib.

Aut.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı qolkiper martın 5-də Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda (3:0) “Bayer Leverkuzen”ə vurulan qolu qeyd edərkən zədələnmişdi. Martın 22-də bərpa məşqlərinə başlayan Noyer baldır əzələsində diskomfort hiss edirdi.

O, bu mövsüm “Bavariya”nın heyətində 33 oyun keçirib, 26 qol buraxıb və 18 matçda qapısını toxunulmaz saxlayıb.

Aut.az