Azərbaycan futbolu

75-ci oyunda 20-ci məğlubiyyət

“Qarabağ” Azərbaycan kubokunda 75-ci səfər oyununu keçirib.

Aut.az xəbər verir ki, bu, yarımfinalın ilk matçına təsadüf edib. “Araz-Naxçıvan”la görüş Ağdam klubu üçün yubileylə əlamətdar olub.

Peşəkar Futbol Liqasının məlumatına görə, 75-ci qarşılaşma həm də 20-ci məğlubiyyətlə nəticələnib. Qurban Qurbanovun yetirmələri 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, “Qarabağ” ölkə kubokunda 1993-cü ildə debüt edib.