Bu komandanın qarşısında əlacsızdır: Heç cür qalib gələ bilmir
“Everton”nun baş məşqçisi Deyvid Moyes İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Aut.az xəbər verir ki, onun rəhbərlik etdiyi komanda 30-cu tur çərçivəsində keçirilən Mersisayd derbisində “Liverpul”a 0:1 hesabı ilə uduzub.
Bu oyun “şirniyyatçılar”ı çalışdıran Moyes üçün “qırmızılar”a Premyer Liqada qalib gələ bilmədiyi ardıcıl 20-ci oyun olub. Bu, şotlandiyalı mütəxəssisin təkcə “Everton”dakı fəaliyyət dövrünü əhatə etmir. Seriyaya onun “Mançester Yunayted”, “Sanderlend” və “Vest Hem”ə rəhbərlik etdiyi dövrlərdəki “Liverpul”la görüşlər də daxildir.
O, tarixdə belə nəticə əldə edən ilk məşqçi olub.
Aut.az
