İngiltərə

“Siti” Hallandsız necə oynayacaq? – Qvardiola deyir ki…

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola zədələnən hücumçu Erlinq Haalandsız komandasının necə oynayacağı ilə bağlı sualı cavablandırıb.

Daha əvvəl ispaniyalı mütəxəssis 24 yaşlı forvardın 5-7 həftə sıradan çıxdığını bildirmişdi.

Aut.az xəbər verir ki, Qvardiola mətbuat konfransında deyib:

“Erlinqin malik olduğu bacarıq və xüsusi keyfiyyətlərə malik başqa oyunçumuz yoxdur, biz bunu başa düşürük. Bununla belə, bu illər ərzində fərqli oynadığımız üçün uyğunlaşmalı olacağıq. Çox şey oyunçuların keyfiyyətindən asılıdır. Komandamız həll yolu tapmaq niyyətindədir”.

Haaland İngiltərə Kubokunun 1/4 finalında “Bornmut”la matçda (2:1) topuğundan zədə alıb. Bu mövsüm forvard “Mançester Siti”nin heyətində bütün turnirlərdə 40 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az